İran İslam Respublikasının Suriyadakı səfirinin müavini Əlirza Ayəti deyib: “Qəzzada son altı ayda baş verən hadisələr sionistlərin anti-insani mahiyyətini göstərdi və Fələstin xalqının öz hüquqlarına nail olmasının yeganə yolu müqavimətdir.”
“İran İslam Respublikası məzlum Fələstin xalqının və qəsbkar sionist rejimə qarşı müqavimət mücahidlərinin yanında olmaqda davam edir” - deyə, o, qeyd edib.
İran İslam Respublikası səfirinin müavini Qəzzanın müdafiəsiz insanları, qadın və uşaqlarının qətliam edilməsinin dayandırılması üçün cavabdeh olan beynəlxalq qurumların təcili addım atmasının vacibliyini vurğulayıb.
Sizin rəyiniz